Allahzükür Pazazadə çeçenistanda səfərdədir

img

23-08-2011 [02:39]


Rusiya Federasiyası Çeçenistan Respublikasında Beynəlxalq İslam Konfransı keçirilir. Tədbirdə iştirak etmək üçün Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə bu səhər Qroznıya yola düşüb. Hacı Allahşükür Paşazadəni Qroznı hava limanında Müftilər Şurasının sədri qarşılayıb. Qarşılanma mərasimindən sonra Müftilər Şurasının iqamətgahında ikitərəfli görüş keçirilib. Görüşdə dini sahədə bütün istiqamətlər üzrə hərtərəfli müzakirələr aparılıb. Daha sonra sonra onlar Beynəlxalq İslam Konfransının keçirildiyi Çeçenistan rəhbərinin iqamətgahına yollanıblar. Konfrans Çeçenistanın birinci prezidenti Əhməd Kadırovun 60 illiyinə həsr olunub. Konfransda Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə iştirakçılara Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin məktubunu oxuyub. Beynəlxalq konfransdan sonra Şeyxi Hacı Allahşükür Paşazadənin Çeçenistanın birinci prezidenti Əhməd Kadırovun məzarını ziyarət edəcəyi gözlənilir. Qeyd edək ki, Hacı Allahşükür Paşazadə 60 illik yubiley çərçivəsində digər tədbirlərə də qatılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA