Əli Abbasov Ankara zəhərində izgüzar səfərdə olub

img

23-08-2011 [11:53]


Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov Ankara şəhərində işgüzar səfərdə olub. Azərbaycanın Ankaradakı Səfirliyindən verilən məlumata görə, səfər çərçivəsində nazir səfirlik əməkdaşları ilə birlikdə Heydər Əliyevin adını daşıyan parkı ziyarət edib, onun abidəsi önünə çiçəklər düzüb. Rabitə və İnformasiya Texnologiyaları Naziriliyinin təşəbbüsü ilə təşkil olunmuş ?İdarəetmə və optimizasiyanın sənayedə tətbiqi? adlı beynəlxalq konfranslar seriyasının 3-sü Türkiyənin nüfuzlu universitetlərindən biri olan Bilkent Universitetində təşkil olunub. Konfransı giriş nitqi ilə Əli Abbasov açıb. Daha sonra nazir Türkiyə Respublikasının elm, sənaye və texnologiya naziri Nihat Ergün ilə görüş keçirib. Görüş zamanı Türkiyənin yeni təşkil olunmuş Nazirliyi ilə tanışlıq, eləcə də gələcək fəaliyyət sahələri üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Daha sonra nazir Əli Abbasov Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım ilə görüşüb. Tərəflər qarşılıqlı olaraq iki dost və qardaş ölkə əlaqələri haqqında xoş və səmimi ifadələrinin bəyanı ilə yanaşı, fəaliyyət göstərdikləri sahələr üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları üzərində fikir mübadiləsi aparıb, birgə fəaliyyətin əhəmiyyəti xüsusunda razılığa gəliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA