TQDK abituriyentlərə son xəbərdarlıq elədi

img

23-08-2011 [11:50]


2011/2012-ci tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı avqustun 28-də keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən məlumata görə, abituriyentlər imtahanda iştirak etmək üçün avqustun 24-dən etibarən elektron ərizələrini təsdiq etdirdikləri Sənəd Qəbulu Komissiyasından ?İmtahana buraxılış vərəqəsi?ni və ?Abituriyentin vəsiqəsi?ni əldə etməlidirlər. Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - imtahana buraxılış vərəqəsi; - şəxsiyyəti təsdiq edən sənədin əsli - ?Abituriyentin vəsiqəsi. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. TQDK tərəfindən abituriyentlərə Sənəd Qəbulu Komissiyasında ödənişsiz ?Yaddaş kitabçası? təqdim olunacaq. Burada onların imtahanda davranış qaydaları, hüquq və vəzifələri geniş şərh olunub. Hər bir abituriyent Yaddaş kitabçası?nı diqqətlə oxumalı və imtahan zamanı orada göstərilmiş qaydalara riayət etməlidir. İmtahan binasına köməkçi vasitə gətirmək qəti qadağandır. Buraxılış rejimində uzərində mobil telefon, konspekt və digər yardımcı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq, onların imtahan sənədləri alınacaq və imtahan binasına buraxılmayacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA