FHN selin vurduğu zərərlə bağlı məlumat yayıb

img

22-08-2011 [07:07]


Fövqəladə Hallar Nazirliyi (FHN) leysan yağışların bir sıra rayonlara vurduğu ziyanla bağlı məlumat yayıb. FHN-in saytının yaydığı məlumata görə, son günlər respublikanın bəzi ərazilərində yağışlı hava şəraiti müşahidə olunub. Nəticədə Balakən rayonu ərazisindən keçən çaylarda suyun səviyyəsi artıb, rayonun Qabaqçöl qəsəbəsində, Şərif və İtitala kəndlərində bir sıra fərdi yaşayış evlərinin zirzəmiləri və həyətyanı sahələri yağış suları ilə dolub. Həmçinin, Goranboy rayonunda Veyisli və Rəhimli kəndlərində də xeyli sayda fərdi evlərin zirzəmiləri və həyətyanı sahələri, həmçinin, Bakı-Qazax avtomobil yolunun (320-ci km) kənarı yağış suları ilə dolub. Hazırda qeyd olunan kəndlərdə nazirliyin və aidiyyəti qurumların müvafiq qüvvələri lazımi işlərin görülməsini təmin edir. Eləcə də Bakı-Qazax avtomobil yolunun kənarına yığılmış yağış suları nazirliyin canlı qüvvə və texnikası vasitəsilə əkin sahələrinə yönəldilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA