Goranboyun bir neçə kəndi su altında qaldı

img

22-08-2011 [02:08]


Azərbaycanın Goranboy rayonunun bir sıra kəndlərini sel basıb. Goranboy rayon İcra hakimiyyətinin birinci müavini, Fövqəlada Hallar Komissiyasının sədri Baxış Abdullayevin verdiyi məlumata görə, ötən gecə rayonun dağlıq ərazilərinə yağan güclü yağış sellə nəticələnib. Rayonun Veysli, Rəhimli, Abbasqulular və Qazanbulaq kəndləri sel suları altında qalıb. Belə ki, ən çox Veysli kəndinin sakinləri ziyan çəkib. Kəndin məcburi köçkünlərdən ibarət qəsəbəsində 280 ev təbii hadisə nəticəsində zərər çəkib. Bir çox evin həyətyanı hasarları, yardımçı divarları dağılıb. 3 evdə isə böyük çatlar yaranıb. Sel nəticəsində Qazanbulaq körpüsü uçub. Kəndin digər kəndlərlə əlaqəsi də kəsilib. Bəzi qəsəbələr işıqsız qalıb. Qeyd edək ki, yağış dünən gecə saatlarından kəssə də, yaranmış fəsadlar hələ də qalmaqdadır. Yaranmış problemlərin aradan qaldırılması ilə əlaqədar FHK-nın işçi qrupu artıq işə başlayıb. Ərazidə texnika çalışır. Baxış Abdullayevin sözlərinə görə, əhaliyə dəymiş ziyanın hesablanması üçün işlər gedir. Bundan başqa, uçan Qazanbulaq körpüsünün bərpası və digər problemlərin aradan qaldırılması üçün Fövqəlada Hallar Nazirliyinə də kömək üçün müraciət olunub(ans).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA