Gədəbəydə ağır qəza: 2 ölü, 7 yaralı

img

20-08-2011 [12:15]


Gədəbəy rayonunda 2 nəfərin ölümü, 7 nəfərini yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata əsasən, yol qəzası dünən axşam saat 18:00 radələrində rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb. Şəmkir sakini, 37 yaşlı Eldar Ələkbərovun idarə etdiyi 57-BO-065 dövlət nömrə nişanlı ?Toyota-Prado? markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü və onun qardaşı Elmdar Ələkbərov aldıqları xəsarətdən hadisə yerində keçiniblər. Avtomobildə olan ailənin daha 7 üzvü - Kəmalə, Ələkbər, Murad, Mərmər, Günel, Samirə və Məhərrəm Ələkbərovlar isə müxtəlif dərəcədə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan bir neçəsinin azyaşlı olduğu bildirilir. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma davam edir. [center][/center][center][/center]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA