Əli Abbasov kollegiya iclası keçirdi

img

19-08-2011 [06:28]


Bu gün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində ölkə prezidentinin ?Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında? fərmanının icra vəziyyətinin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib. Nazirlikdən verilən məlumata görə, iclasda çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov dövlət başçısı tərəfindən imzalanmış sözügedən fərmanın məmur-vətəndaş münasibətlərinin informasiya texnologiyalarından istifadə edilərək yeni formada təşkilinə, mümkün bürokratik əngəllərin, korrupsiya hallarının aradan qaldırılmasına, dövlət orqanlarının fəaliyyətinin səmərəliyi və şəffaflığının artırılmasına xidmət edən vacib sənəd olduğunu bildirib, bu fərmanın icrasının təmin edilməsi üçün mərkəzi icra hakimiyyəti orqanı, həmçinin fərmanın icrasının əlaqələndiricisi kimi həyata keçirilən tədbirlərdən danışıb. Kollegiyada fərmanın icra vəziyyəti ilə bağlı çıxışlarda qeyd olunub ki, sənədin icrasını təmin etmək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə digər mərkəzi icra hakimiyyəti orqanları arasında səmərəli fəaliyyət təşkil olunub və elektron xidmətlərin təşkili istiqamətində bir sıra işlər görülüb. Elektron xidmətlərin göstərilməsi ilə əlaqədar məsələlərin tənzimlənməsi məqsədilə qaydaların və nümunəvi inzibati reqlamentin işlənilməsi həyata keçirilib, göstəriləcək elektron xidmətlərin siyahısı müəyyənləşdirilib və Nazirlər Kabinetinə təqdim edilib. Dövlət orqanlarının, eləcə də elektron imza xidmətindən istifadə məqsədi ilə müraciət edən hüquqi və fiziki şəxslərin elektron imza ilə təmin edilməsi üçün infrastrukturun hazırlığı, elektron hökumət portalının yaradılması, dövlət orqanları arasında informasiya mübadiləsinin təmin edilməsi üçün işlərin aparıldığı, artıq 8 dövlət orqanı ilə elektron xidmətlərin işlənilməsi və onların elektron hökumət portalına qoşulması üzrə tədbirlərin həyata keçirildiyi qeyd olunub. Kollegiyada həmçinin, Nazirlik və tabeliyindəki qurumlar tərəfindən əhaliyə göstərilən xidmətlərin, xüsusən də telefon, İnternet, poçt xidmətləri sahəsində yaradılmış elektron xidmətlər nümayiş etdirilib. Ə.Abbasov iclasın yekun çıxışında elektron xidmətlərin təşkili üzrə bu mərhələdə görülən işlərin davam etdirilməsi, daha da genişləndirilməsi və əhaliyə göstərilən elektron xidmətlərin icrasına nəzarətin təmin edilməsi eyni zamanda, elektron xidmətlərin informasiya təhlükəsizliyinə diqqət yetirilməsinin vacibliyini xüsusi qeyd edib. Həmçinin, fərmanının icrası ilə bağlı digər mərkəzi icra hakimiyyəti orqanları ilə birgə fəaliyyətin davam etdirilməsini xüsusi vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA