Ali məktəblərə qeydiyyat müddəti baza çatdı

img

19-08-2011 [04:32]


Bu gün saat 14.00-da ali məktəblərə daxil olan tələbələrin daxil olduqları ali məktəblərdə qeydiyyat müddəti başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadənin verdiyi məlumata görə, bununla da Azərbaycanda 2011-2012-ci tədris ili üçün ali məktəblərə və tam orta təhsil bazasında orta ixtisas məktəblərinə qəbul kampaniyası başa çatmış sayılır. E.Nağızadə deyib ki, qeydiyyatdan keçən tələbələrin qəbul əmrləri sentyabrın 1-dən daxil olduqları ali məktəblərə göndəriləcək: ?Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyat prosesi yüksək səviyyədə həyata keçirilib. Artıq dövlət sifarişli yerlərə 99,15 faiz qeydiyyat həyata keçirilib. Ölkə üzrə ali məktəblərə daxil olanların qeydiyyatı 96,29 faiz təşkil edib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA