?Azərbaycanın Təhsil Kataloqu? hazırlanır

img

19-08-2011 [03:10]


Gənclər üçün Təhsil Mərkəzi bu gündən etibarən ?Azərbaycan Təhsil Kataloqu?nun hazırlanmasına başlayır. Mərkəzdən bildirilib ki, ölkədə ilk dəfə hazırlanacaq kataloqun əsas məqsədi təhsillə əlaqədar olan bütün qurumlar, onların fəaliyyətləri və təklif etdikləri xidmətlər, əlaqə vasitələri və s. haqqında daha rahat məlumat əldə etməkdir. Kataloqda yalnız təhsil müəssisələri deyil, eyni zamanda təhsil sahəsi ilə bağlı olan QHT və KİV-lər, kommersiya şirkətləri və kurslar haqqında informasiyalar yer alacaq. Mərkəzin informasiya bölməsindən verilən məlumata görə kataloqun hazırlanması üçün 7 nəfərlik işçi qrup yaradılıb və onlar bu müvafiq işlərə başlayıblar. Qeyd edək ki, cari ilin sonuna qədər tamamlanması nəzərdə tutulan kataloq pulsuz paylanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA