Prokuror mitinq məhbuslarına cəza istədi

img

19-08-2011 [01:50]


Avqustun 19-da Səbayel Rayon Məhkəməsində İctimai Palatanın 2 aprel mitinqində həbs olunan AXCP fəalları Sahib Kərimov, Arif Alışlı, Babək Həsənov, Zülfüqar Eyvazlı, Müsavat fəalı Elşən Həsənov və bitərəf Elnur İsrafilovun işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı müttəhimlər haqqında cəza istəyib. Dövlət ittihamçısı Sahib Kərimovun və Arif Alışlının 4 il 6 ay, Zülfüqar Eyvazlının və Elnur Usrafilovun 4 il, Elşən Həsənovun və Babək Həsənovun 3 il, azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilənlər Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə də ittiham olunur. Müttəhimlər ittihamları qəbul etmir, həbslərinin siyasi sifarişli olduğunu bildirirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA