Həftəsonu hava sakit keçəcək

img

19-08-2011 [12:41]


Bakıda və Abşeron yarımadasında avqustun 20-də havanın dəyişkən buludlu olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hava gündüz əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 21-25, gündüz 29-34 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək. Avqustun 21-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 21-25, gündüz 29-34 dərəcə isti olacağı proqnozlaşdırılır. Azərbaycanın rayonlarında avqustun 20-də havanın gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimal olunur. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-25, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq. Avqustun 21-də bölgələrdə əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA