Təhsil naziri 65 yazla bağlı qərar verdi

img

18-08-2011 [06:00]


Azərbaycan təhsil naziri Misir Mərdanov 65 yaşına çatmış təhsil işçilərinin təqaüdə göndərilməsi ilə bağlı qərar qəbul edib. Bu barədə Təhsil Nazirliyindən bildirilib. Qərara əsasən, təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin siyahısı, həmçinin həmin şəxslər sırasında təhsil sahəsinin inkişafında xüsusi xidmətləri olanların çalışma müddətinin uzadılması ilə əlaqədar təkliflər hazırlanıb rəhbərliyə təqdim edilməlidir. Nazirin qərarında yaş həddi 65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin uzadılması zamanı nəzərə alınacaq meyarlar açıqlanıb. Belə ki, müddətin uzadılması son 1ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməyən, elmi dərəcə və ya elmi adı olan, dövlət təltifi ilə təltif edilən, attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçən, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olan, səhhəti vəzifəsinin icrasına imkan verən və ya işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olan şəxslərə aiddir. Həmçinin 65 yaşına çatmış təhsil işçilərinin çalışma müddəti müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqası ilə əvəz etmək mümkün olmadıqda artırıla bilər. Mərdanov Nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə təhsil müəssisələrində yaş həddi 65-ə çatmış pedaqoji işçilərlə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar təhlillər aparmasının, ehtiyac olan təhsil müəssisələrinin kadr təminatı ilə bağlı təkliflər hazırlayıb təqdim etməsi tapşırığını verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA