600-dən çox bal toplayanlara müjdə

img

18-08-2011 [04:07]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması və mükafatlandırılması məqsədilə bir sıra tədbirlər keçirməyi nəzərdə tutub. ?Abituriyent? jurnalının ayrıca bir nömrəsi də bütünlüklə onlara həsr ediləcək. Odur ki, 600 və daha yüksək bal toplayan gənclər ?Abituriyent? jurnalının 6-cı sayında və ya TQDK-nın internet saytında verilmiş anket sorğusunu doldurmalı və onunla birlikdə 1 ədəd 3x4 sm ölçüdə, keyfiyyətli çəkilmiş rəngli fotoşəkili TQDK-ya və ya onun Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Quba şəhərlərində yerləşən regional bölmələrindən birinə təqdim etməlidirlər . Əlaqə telefonları: 440-30-09 və 441-52-20.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA