Kür çayının Xəzərə tökülən hissəsində qanunsuz balıq ovu azkarlanıb

img

17-08-2011 [01:42]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq qurumlarının əməkdaşları tərəfindən 16 avqust 2011-ci il tarixində Kür çayında qanunsuz balıq ovuna qarşı mübarizə məqsədilə reydlər keçirilib. ETSN-nin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, keçirilən reydlər zamanı Kür çayının Xəzər dənizinə tökülən hissəsində qanunsuz balıq ovu etmək məqsədilə qurulan 29 ədəd (hər birində 70 ədəd olmaqla cəmi 2030 ədəd) qadağan olunan ov aləti ?şal qarmaq?, 10 ədəd ventel və 6 ədəd axçalı balıq torları aşkar edilərək götürülüb. Hazırda təqsirkarların müəyyən edilib inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində qanunvericilikdə nəzərdə tutulan qaydada tədbirlər görülür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA