Prezident üç ölkəyə yeni səfir göndərdi

img

16-08-2011 [10:13]


Azərbaycan prezidenti İlham Əliyev Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının digər bir sərəncamı ilə Elxan Poluxov Azərbaycanın Cənubi Afrika Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezidentin digər sərəncamı ilə Yaşar Əliyev Azərbaycanın Çin Xalq Respublikasında, Vyetnam Sosialist Respublikasında, Koreya Xalq Demokratik Respublikasında və Monqolustanda fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb. Dövlət başçısı bu vəzifəyə Azərbaycanın Qazaxıstandakı sabiq səfiri Lətif Qəndilovu təyin edib. Dövlət başçısının digər bir sərəncamı ilə Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycanın Yaponiyada səfiri təyin olunub. Ona fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA