Gəncədə iki yol polisini bıçaqladılar

img

16-08-2011 [06:36]


Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 15-də saat 01:00 radələrində şəhərin Şah İsmayıl Xətai prospektində xidmətdə olan Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin əməkdaşları, kiçik polis serjantı Asim Əliyev və Vüsal Alıyev yaxınlıqdakı binanın qarşısında 5-6 nəfər mübahisə etdiyi, ictimai asayişi pozduğu üçün onlara yaxınlaşıb. Polis əməkdaşları həmin şəxsləri ictimai asayişi bərpa etməyə, qayda-qanuna riayət etməyə çağırıb. Bu zaman mübahisə edən gənclər polis əməkdaşlarına bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. Hər iki polis əməkdaşı xəstəxanaya çatdırılıb. Alıyevin üzərində cərrahiyyə əməliyyatı aparılıb, vəziyyəti orta-ağırdır. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində müvafiq maddə (xuliqanlıq) ilə cinayət işi başlanıb, istintaq aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA