?Gülbaxt?da deputat ?marağ?ı

img

13-08-2011 [06:46]


?Gülbaxt? Daş Karxanasında qanlı olaylara səbəb olan qarşıdurmanın sirrləri getdikcə çözülür. Məlum olur ki, ayrı-ayrı qrupları üz-üzə gətirən bir yeri beş adama, həmdə saxta sənədlərlə satan xuluqanlar ciddi ?dayaqlar?a arxalanırlar. Bu səbəbdən də Qaradağ hüquq-mühafizə orqanları şikayətləri gözardı edir, hətta suçsuz ikən suçlu elan edirlər. Araşdırmalar göstərir ki, Cavanşir adlı şəxsin ?vasitəçi?lik etdiyi məsələdə çox ciddi füqurlar rol oynayırlar. Əslən Ağdamdan olan Cavanşirin sözlərindən anlaşılır ki, millət vəkili Bəxtiyar Əliyev bu məsələdə ?xaç atası? rolunu oynayir. Toplam 3 milyon manat pul topladıqdan sonra iş adamlarını bir-birləri ilə qanlı-bıçaq hala gətirən qalmaqala bir deputatın səbəb olması məmurların korrupsiyaya uğramasına dair deyilənlərlə üst-üstə düşür. Adı biznes qalmaqallarında hallanmayan deputatlardan biri olan Bəxtiyar Əliyevlə bağlı deyilənlər bununla məhdudlaşmır. Qarabağ qazilərindən olan Sultan Mustafayev bildirir ki, Cavanşirin sözlərindən sonra, o, Bəxtiyar Əliyevlə görüşə cəhd edib. Ancaq BDU-nin psixologiya kafedrasınından deputatın məzuniyyətdə olduğu bildirilib. Telefonla görüşmək cəhdi də uğursuz alınıb. Sultan Mustafayev bildirir ki, telefonda özünü Bəxtiyar Əliyev deyə tanıdan şəxs ?Gülbaxt? adını eşidən kimi telefonu qapadıb ki, bu da deputatla bağlı şübhələri artırır. İş adamını bıçaqladıqdan və Qarabağ qazilərinin əmlakını əllərindən almaq istədikdən sonra sərbəst gəzən və prokurorun israrla həbs etməmək istəmədiyi Əlövsət Orucovla Bəxtiyar Əliyevin həmkəndli (bəzi dəqiqləşməmiş məlumatlara görə, qohum) olmaları barədə deyilənlər də bu iddiaların həqiqət olma ehtimalını gücləndirir. Xəlilbəy Günəşovun bu məsələdəki roluna gəlincə, tikinti ilə məşğul olan iş adamı olması onun ?Gülbaxt? Daş Karxanasına uzaq adam olmadığını göstərir. Bakıda mühüm obyektlərin tikintisini həyata keçirən Günəşovun ?Gülbaxt? daşlarından istifadə etməsinin tarixçəsi keçmişə dayansa da, bu qalmaqalda iştirakının Bəxtiyar Əliyevlə dostluğundan öncə və ya sonra olduğu bəlli deyil. Ancaq iş adamlarının bir neçəsinin Günəşovun adı ilə aldadıldığı da vurğulanır. Məsələ ilə bağlı araşdırmalarımız davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA