Gənclər mitinq məhbuslarına dəstək verir

img

13-08-2011 [04:49]


Bu gün Azərbaycan Demokratik Gənclər Hərəkatının (ADGH) İdarə Heyətinin toplantısı keçirilib. Toplantıda ölkədə və dünyada gedən siyasi proseslər müzakirə edilərək bir sıra zəruri qərarlar qəbul edilib. Hərəkatın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, yığıncaqda aprelin 2-də keçirilən aksiya zamanı saxlanılan müxalifətçilərin məhkəməsinin gedişinə etiraz edilib. Vicdan məhbuslarının məhkəmə prosesində qaldırdıqları əsaslı vəsadətlərin təmin edilməməsi qanun pozuntusu kimi dəyərləndirilib. Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə Azərbaycan və Rusoya prezidentlərinin uğursuz Soçi görüşü, Azərbaycan EL Hərəkatının 28-29-30 sentyabr 2011-ci il tarixinə nəzərdə tutulan aksiyaları, həmçinin Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun ölkəyə gəlişi müzakirə mövzusu olub. Gündəliyin sonunda Azərbaycan Demokratik Gənclər Hərəkatının, Azərbaycan EL Hərəkatı ilə Məksəd və Məramnamələrinin eyni olması nəzərə alınaraq Azərbaycan EL Hərəkatına qoşulması haqqında qərar qəbul edilib. Azərbaycan Demokratik Gənclər Hərəkat toplantının sonunda Azərbaycan EL Hərəkatının təyin etdiyi 28-29-30 sentyabr aksiyalarına tam olaraq dəstək vermək haqqında qərar qəbul edib. Bu gündən etibarən Azərbaycan Demokratik Gənclər Hərəkatı kollektiv olaraq Azərbaycan EL Hərəkatının üzvüdür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA