Atəzkəs pozuldu, əsgərimiz yaralandı

img

13-08-2011 [04:19]


Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə avqustun 12-də qeydə alınıb. Ermənilərin Azərbaycanın Göygöl rayonu istiqamətində açdığı atəş əsgər Mirzəyev Kamil Elbəyi oğluna dəyib. 2010-cu ilin oktyabr ayında Masalli rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1992-ci il təvəllüdlü əsgər qolundan yaralanıb. Onun vəziyyəti normaldır, həyati təhlükəsi yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA