Bakıda ağır yol qəzası: 2 nəfər ölüb, 3 nəfər yaralanıb

img

13-08-2011 [02:10]


Bakı şəhəri, Xətai rayonunda "Vaz" və "Mercedes" markalı 2 minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə,hadisə nəticəsində hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. "Vaz" markalı minik avtomobilinin sürücüsü yaralanıb və 2 sərnişin həlak olub, "Mercedes" markalı minik avtomobilinin sürücüsü və 1 nəfər sərnişin isə yaralanıb. Hadisə yerinə cəlb olunmuş xilasedicilər yaralılara ilkin tibbi yardım göstərib, xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədləri nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 08:01-də başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA