DGK əməkdazları ölkəyə qaçaqmal yolu ilə telefon və qızıl gətirənləri saxlayıb

img

13-08-2011 [11:22]


Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində ölkəyə qaçaqmalın gətirilməsinin qarşısı alınıb. DGK-dən verilən məlumata görə, Gürcüstanla sərhəddə "Sınıq Körpü" gömrük postunda həyata keçirilmiş tədbir nəticəsində Qazax rayon sakini Orxan Əsgərovun idarə etdiyi VAZ-2106 markalı minik avtomobilinin torpedasında yerləşən sandıqdan Qazax rayon sakini Fərid Əliyevə məxsus, gömrük nəzarətindən keçməmiş ?Nokia X2?, ?Samsung GT C52121?, ?Nokia 2700?, ?Nokia 5130 Xpress Music? və ?Samsung 3222? markalı 36 ədəd mobil telefon və həmin telefonlara aid aksessuarlar aşkar edilib. "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəyə qayıdan Ağstafa rayon sakini Afiq Həsənovun idarə etdiyi avtomobilə gömrük nəzarəti zamanı da oxşar hadisə qeydə alınıb. Belə ki, baxış zamanı həmin avtomobildən 7 ədəd "Nokia", 3 ədəd "Yxtel", 4 ədəd "MFU" markalı mobil telefonlar, mobil telefonlara aid aksessuarlar, 13 ədəd qidalandırma cihazı, 15 ədəd qulaqcıq, 21 ədəd karton qutu, 11 ədəd akkumulyator və 5 ədəd USB-kabel gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək saxlanılıb. "Sınıq Körpü" gömrük postunda Türkiyədən Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı, Şəmkir rayon sakini Kamilə Osmanlının çantasından gömrük nəzarətindən gizlətdiyi kağıza bükülmüş vəziyyətdə 26 ədəd qızıl qolbaq və 1 ədəd muncuq, Türkiyə vətəndaşı Arslan Seferin üzərindən isə kağıza bükülmüş vəziyyətdə 66 ədəd qızıl boyunbağı, 23 cüt qızıl sırğa, 17 ədəd qızıl üzük, 21 ədəd qızıl qolbaq, 5 ədəd kulonla birlikdə qızıl boyunbağı, 11 ədəd qızıl kulon və 3 ədəd muncuq aşkar edilərək saxlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA