TQDK sədrindən Təhsil Nazirliyinə növbəti zərbə

img

12-08-2011 [12:49]


2011-2012-ci il ali təhsil müəssisələrinin qəbul imtahanlarında iştirak edən əlaçılardan 100 bal toplaya bilməyən abituriyentlər olub. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında deyib. "Bu il əlaçı attestat alanların 1,2 faizi 0-100 bal arasında nəticə göstərib. Nəzərə alsaq ki, 2004-cü ildə bu nəticə 14 faizə bərabər idi, bu il göstərici yaxşılaşıb, lakin yalançı əlaçıların sayı daha da yaxşılaşmalıdır", - Abbaszadə deyib. Onun sözlərinə görə, qəbul imtahanlarında 0-100 bal toplayan şəxslər "2" kimi qiymətləndirilir. "Lakin 87 faiz attestat qiyməti "3" olan abituriyent 100 baldan çox toplaya bilməyib", - sədr deyib. Onun sözlərinə görə, bu da həmin şəxslərin attestat qiymətini şübhə altına alır. Abbaszadə hesab edir ki, TQDK-nın nümayiş etdirdiyi nəticələrin aşkarlığı yalançı attestat qiymətlərinin aşkarlanmasına təsir göstərir. Ümumilikdə bu il orta məktəbi qızıl diplomla və əlaçı bitirənlərin qəbul imtahanlarında orta balı 500 bal təşkil edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA