islam Partiyasının təzkilat sədri həbs edilib

img

12-08-2011 [12:41]


Bu gün Azərbaycan İslam Partiyasının Sumqayıt komitəsinin sədri Kərbəlayi Arif güc strukturları tərəfindən saxlanılıb. Komitə sədrinin evində axtarış aparılıb. Lakin hadisə ilə əlaqəli ətraflı məlumat verilməyib. Bundan başqa, bu gün həmçinin ruhani Hacı Abgül Süleymanov polis tərəfindən saxlanılıb. Hacı Abgül İsmayıllı rayonunun Lahıc kəndində qaynatasının evində olarkən həbs edilib. Dünən isə islamazeri.az internet qəzetinin baş redaktoru Ramin Bayramov 4 mülkü geyimli tərəfindən Milli Təhlükəsizlik Nazirliyinə aparılıb. Onu Nizami metrosunun yaxınlığından aparıblar. Bu barədə Hacı Ramin Bayramovun vəkili Elçin Namazov məlumat verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA