Boz yerlər və kolleclərə qəbul olunanların adları açıqlandı

img

10-08-2011 [05:55]


Azərbaycan Respublikası ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə müsabiqənin nəticələri açıqlandı. Nəticələr avqustun 10-da saat 17:15-dən etibarən komissiyanın internet saytında yerləşdirilib. (burada - http://www.tqdk.gov.az/ali2011/) Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 1077 nəfər, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 7393 nəfər qəbul olub. Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyenlər avqustun 12-dən 18-dək, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar isə avqustun 15-dən 29-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA