Ər arvadını öldürdü, qızını çəkiclə döydü

img

10-08-2011 [02:22]


Naxçıvan Muxtar Respublikasında ağır qətl hadisəsi baş verib. Şərur Rayon prokurorluğundan verilən məlumata görə, hadisə dünən axşam saat 19.00 radələrində rayonun Çərçiboğan kəndində qeydə alınıb. Kənd sakini İlham Novruzov qısqanclıq zəminində həyat yoldaşı Kifayət Novruzovanı və azyaşlı qızı Vəsiləni çəkiclə döyüb. Daha sonra isə o, bıçaqla hər iki şəxsə çoxsaylı zərbələr endirib. Nəticədə Kifayət Novruzova aldığı xəsarətlərdən dünyasını dəyişib. Qızı Vəsilə isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Məlumata görə, məhkumluq həyatı yaşayan İ.Novruzov həmin gün ailəsini görmək üçün evə gəlibmiş. Faktla bağlı Şərur rayon Prokurorluğu tərəfindən AR CM-nin 120.1(Qəsdən adam öldürmə) və 29.120.2.7(Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur) İki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA