iki gün də havalar sərin olacaq

img

10-08-2011 [12:58]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 11 və 12-də ölkə ərazisində hava şəraitinin dəyişkən buludlu və yağmursuz keçəcəyi gözlənilir. Avqustun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 29-34 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq. Avqustun 12-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq. Avqustun 11-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23 dərəcə, gündüz 30-34 dərəcə, dağlarda gecə 10-15 dərəcə, gündüz 18-23 dərəcə isti təşkil edəcək. Avqustun 12-də hava əsasən yağmursuz keçəcək. Lakin 12-də axşam, 13-də gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA