ixtisas seçimi bu gün saat 00.00-da baza çatacaq

img

09-08-2011 [01:57]


Ali təhsil müəssisələrinin boş qalan yerlərinə və orta ixtisas müəssisələrinə ixtisas seçimi bu gün başa çatacaq. Azərbaycanın ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və orta ixtisas müəssisələrinə (tam orta təhsil bazasında) qəbul olmaq üçün indiyədək 15 155 abituriyent ixtisas seçimini edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin verdiyi məlumata görə, onların 14045 Azərbaycan, 1110 rus bölməsinin abituriyentlərindir. Abituriyentlərin 4195-i I, 4180-ı II, 5228-i III, 1552-si isə IV ixtisas qrupu üzrə ərizələrini təsdiqləyib. Abituriyentlər elektron ərizəsində orta ixtisas məktəbləri ilə yanaşı, ali təhsil müəssisələrinin boş qalan yerləri üzrə olan ixtisasların da kodlarını da göstərə bilərlər. Qeyd edək ki, ali təhsil müəssisələrində 2087 vakant yer qalıb. İxtisas seçimi bu gün saat 00.00-da başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA