Nazirliyinin ?qaynar xətt?inə bir ayda 120 müraciət daxil olub

img

09-08-2011 [11:00]


2011-ci ilin iyul ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ?qaynar xətt?inə (539-18-63, 538-13-35) 120 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, müraciətlərlə bağlı ETSN-in əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb. Belə ki, ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş 34 müraciət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq 10 şikayət üzrə fakt təsdiqlənin və qanunamüvafiq tədbirlər görülüb. 18 müraciət öz təsdiqini tapmayıb, 6 müraciət isə icradadır. Ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olmuş 62 müraciətdən 59-na yerində baxış keçirilərək təhlükə yaradan ağaclarla bağlı müvafiq rəy və təkliflər verilib, 1 müraciət əsassız hesab edilib, 2 müraciət isə icradadır. Məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, səs-küy, elektromaqnit şüalanma, faunanın mühafizəsi və meşə fondu torpaqlarının zəbt olunması ilə əlaqədar daxil olmuş 24 müraciətdən 3-ü ilə bağlı qanunamüvafiq tədbirlər görülüb, 4 müraciət icradadır. 17 müraciət isə nazirliyin əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər zamanı öz təsdiqini tapmayıb və həmin ərazilər nəzarətə götürülü. Araşdırmalar zamanı daxil olan müraciətlərin əksəriyyətinin şəxsi xarakterli olduğu və fərdi konfliktləri həll etmək məqsədi daşıdığı məlum olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA