Ayaz Mütəllibov Bakıya gəldi(yenilənib)

img

08-08-2011 [04:43]


Eks-prezident Ayaz Mütəllibov oğlunun dəfn mərasimində iştirak etmək üçün bu gün Azərbaycana gəlib. O, saat 19.45 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. Hava limanında jurnalistlərə heç bir açıqlama verməyən sabiq prezident aeroportdan evinə yola düşüb. Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun oğlu Azad Mütəllibov 49 yaşında vəfat edib. Bu barədə ASDP-nin həmsədri Araz Əlizadə məlumat verib. Onun sözlərinə görə, bu gün dünyasını dəyişən mərhum Azad Mütəllibov xərçəng xəstəliyindən əziyyət çəkib. Mərhumla vida mərasimi sabah 14.30 radələrində Təzə Pir məscidində baş tutacaq. O, köhnə Yasamal qəbiristanlığında babasının yanında dəfn olunacaq. Hazırda Rusiyada yaşayan sabiq prezidentin oğlunun dəfn mərasimində iştirak edib-etməyəcəyi bəlli deyil. A. Əlizadə bildirib ki, bu barədə heç nə deyə bilməz. Allah rəhmət eləsin! Verilən məlumata görə, Mütəllibov oğlu Azad Mütəllibovun dəfn mərasimində iştirak etmək üçün Azərbaycana gəlməyi planlaşdırır. Onun bu gecə Bakı-Moskva avia reysi ilə vətənə dönəcəyi bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA