Bakılıların tıxac problemi qalmayacaq!

img

08-08-2011 [03:50]


Tıxaclar, Bakı əhalisi üçün çoxdan həyatın bir parçasına çevrilib. Bir nöqtədən başqa bir nöqtəyə gedərkən hər birimiz vaxtımızı planlaşdırır, ona görə hərəkət edirik. Lakin tıxaca düşəndə mənzil başına nə vaxt çatacağımız ciddi sual altına düşür. Tıxaclar bizim vacib görüşlərimizin, planlarımızın üstündən xətt çəkir. Vaxt itkisindən qaynaqlanan stress isə, müxtəlif əsəb xəstəliklərinə, gərginliyə səbəb olur. Tıxaclardan əlavə, sürücülərin bir başqa qorxulu röyası isə, yanlış yerdə park edilmiş avtomobillərin evakuatorlar tərəfindən cərimə meydançasına aparılması, ya da çoxsaylı radarlara yaxalanmaqdır. Amma deyəsən bütün bu problemlər öz həllini tapmaq üzrədir. 2007-ci ildən üzü bəri, naviqatorlar sahəsində fəaliyyət göstərən ?Caspian NavTel?-in hazırladığı Azərbaycan respublikasının tam təfsilatlı, mükəmməl yol xəritəsi sayəsində sürücülər yollarda gedən təmir işləri, işləməyən işıqforlar, tıxaclar, hətta radarlar və evakuatorların gəzdiyi küçələr haqda günün 24 saatı dəqiq və operativ məlumat əldə edəcəklər. Bunun üçün ?Caspian NavTel?-in misilsiz naviqatorlarından birini alıb avtomobilə quraşdırmaq kifayətdir! Cəmiyyətimizdə naviqatorların bahalılığına, əlçatmazlığına, faydasızlığına, informasiyanın yenilənməməsinə dair mövcud olan yanlış qənaətin dəyişməsi üçün, ?Caspian NavTel?-in naviqatorlarını sınamaq kifayətdir. Çünki Azərbaycan respublikasının tam əhatəli, Gürcüstan respublikasının isə qismən əhatəli elektron xəritəsinin tərtib edən ?Caspian NavTel?-in əsas məqsədi, peyk naviqasiyasından istifadənin hər bir vətəndaş üçün əlçatan olmasıdır. Ən əsası isə, ?Caspian NavTel?-dən savayı Azərbaycanda başqa heç bir şirkət belə təfsilatlı, dəqiq və aktual xəritəyə malik deyil. Xatırladaq ki, ?Caspian NavTel? həm də GPS naviqasiya sisteminə bağlı daim yeniləşən xəritəni tətbiq edən ilk Azərbaycan şirkətidir. Sürücülər şirkətin təklif etdiyi naviqatorları əldə etməklə, ölkəmizin bütün şəhər, rayon, küçə adları, mehmanxanalar, banklar, restoranlar, univermaqlar, tibb və ticarət mərkəzləri, məktəblər, universitetlər, xidmət mərkəzləri, yanacaq doldurma məntəqələri və.s. kimi maraq obyektlərini də axtarmaq əziyyətindən xilas olacaqlar, çünki ?Caspian NavTel?-in naviqatorlarında 60.000-dən artıq obyekt haqda məlumat yer alıb! Onu da qeyd etmək yerinə düşər ki, bu məlumatlar günü-gündən yenilənir və aktuallaşır! Ətraflı məlumat üçün http://www.caspiannavtel.com saytına daxil ola, ya da şirkətin 6986 və 4082170 nömrəli qaynar xəttinə zəng vura bilərsiniz.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA