2013-cü ildə ölkənin 95 faizi qazlazdırılacaq

img

08-08-2011 [03:43]


Gələn ilin sonuna qədər ölkə ərazisinin 95 faizi qazlaşdırılacaq. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bununla bağlı investisiya proqramları və layihələrin həyata keçirildiyini bildirib. Şirkət rəhbəri bu layihə çərçivəsində adi qaz sayğaclarının kartla işləyən cihazlarla əvəzləndiyini deyib. "Azərbaycanın rayonlarında hazırlıq işləri gedir. Artıq investisiya proqram layihələri hazırdır. Bakıətrafı kəndlərin müəyyən hissəsində qazlaşmada müəyyən problem var idi, onlar da həll olunur. Hazırda Bakıda hər gün 1000-dən artıq smartkart tipli sayğaclar quraşdırılır. Bakıda təxminən 600 minə yaxın abonent olduğu üçün artıq növbəti ilə smartkart sayğacların quraşdırılmasını başa çatdıracağıq?, - deyə ARDNŞ prezidenti Rövnəq Abdullayev qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA