Eynulla Fətullayev hökumətdən təzminatını aldı

img

08-08-2011 [02:48]


?Avropa məhkəməsinin qərarı tam olaraq icra edildi. Bir neçə saat əvvəl kompensasiyamı almışam?. Bu sözləri ?İnsan Haqları Uğrunda? İctimai Hərəkatın bu gün keçirilən təqdimat mərasimində ?Gündəlik Azərbaycan? və ?Realnıy Azerbaydjan? qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Avropa Şurası Nazirlə Kabineti kompensasiyanın ödənməsi üçün onunla bağlı 5-ci qərarı qəbul etmək üzrə idi. Eynulla Fətullayev Azərbaycanın öz öhdəliyini tam, şərtsiz yerinə yetirdiyini və bu qərarın icrasında təşəbbüs göstərən şəxslərə təşəkkürünü bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA