üç Azərbaycanlı erməni sərhədçiləri tərəfindən həbs olunub

img

07-08-2011 [01:26]


Ötən gün üç Azərbaycan vətəndaşı Gürcüstan ilə sərhəddə erməni sərhədçiləri tərəfindən saxlanılıb. ?News.com?un verdiyi xəbərə görə, bu barədə Ermənistanla sərhəddə yerləşən kəndin sakini xəbər verib. Ermənistandan 3-4 km. aralıda yerləşən azərbaycanlıların məskunlaşdığı Təzəkənd kənd sakini Nəzakət Aşıqova jurnalistlərə açıqlamasında bildirib ki, üç azərbaycanlı mənbəyini erməni dağlarından götürən Debed çayında çimərkən sərhədçilər tərəfindən həbs olunub. ?Sərhədçilər 18 yaşlı Kamil Naibov, Ramin Nəcəfov və onun dostu Elşəni tutaraq Ermənistan ərazisinə apardılar?, - deyə Nəzakət Aşıqova qeyd edib. Onun sözlərinə görə, bundan xəbər tutan uşaqların valideynləri və kənd sakinləri Sadıxlı məntəqə polisinə ?uşaqları geri qaytarmaq? xahişi ilə müracət ediblər. ?Erməni sərhədçiləri ilə uzun sürən danışıqlardan sonra onları geri qaytardılar?, - deyə qız söyləyib. Ermənistan Milli Təhlükəsizlik Xidmətindən isə Gürcüstanla sərhəddə baş verən insidenti hələ ki şərh etməyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA