Hacı Allahzükür Pazazadə Metyu Brayza ilə görüzüb

img

05-08-2011 [06:54]


Qafqaz Müsəlmanları İdarəsinin sədri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanı qəbul edib. Bu barədə məlumatı QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova verib. Onun sözlərinə görə, görüş səfirin öz xahişi ilə baş tutub. Görüşdə ABŞ səfiri M.Brayza bütün müsəlman dünyasını müqəddəs Ramazan ayının başlanması münasibəti ilə təbrik edib və ən xoş arzularını çatdırıb. Görüşdə həmçinin Amerika və Azərbaycan xalqları arasında mənəvi əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyəti olan məsələlər də müzakirə edilib. M.Brayza Hacı Allahşükür Paşazadəyə bacısının vəfatı ilə əlaqədər başsağlığı da verib. A.Paşazadə isə öz növbəsində ABŞ prezidenti Barak Obamanı 50 illik yubileyi münsibəti ilə təbrik edib və Brayzadan ən xoş arzularını çatdırmağı xahiş edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA