DiN-in Məktəbində yeni yataqxana və yeməkxana binaları istifadəyə verilib

img

04-08-2011 [08:52]


Daxili İşlər Nazirliyinin (DİN) Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində yeni yataqxana və yeməkxana binaları istifadəyə verilib. DİN-in mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, tədbirdə daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov da iştirak edib. Məktəb rəisinin vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Çərkəz Həsənov nazir müavininə raport verərək bildirib ki, bu tədris müəssisəsində son illər dinləyicilərin daha keyfiyyətli, müasir tələblər səviyyəsində təhsil almaları, polis peşəsinin sirlərini daha dərindən mənimsəmələri üçün xeyli iş görülüb. Tədrisin müasir Avropa standartlarına uyğun qurulması üçün yeni üsul və metodlar tətbiq olunub, ixtisaslaşdırılmış fənn kabinetləri yaradılıb, kompüter bilgilərinin və ingilis dilinin tədrisinə başlanılıb. Hər cür texniki və məişət avadanlıqları ilə təmin olunmuş yeni dördmərtəbəli yataqxana və 250 yerlik yeməkxana binalarının tikintisinə isə bir il bundan əvvəl başlanıb. DİN Əsaslı Tikinti İdarəsi tərəfindən inşa olunan hər iki tikili dinləyicilərin peşə hazırlığına, tədrisin keyfiyyətinə də müsbət təsir göstərəcək. Oruc Zalov mərasim iştirakçılarını daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından təbrik edib. Nazir müavini yeni tikililərlə yaxından tanış olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA