Bakıda ?mafoz? dəstə tutulub

img

04-08-2011 [02:53]


İş adamına hədə-qorxu gələn şəxslər saxlaanılıblar. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tərdbirləri nəticəsində bir qrup şəxs Qaradağ rayonu ərazisindəki daş karxanasının sahibi Akif Məmmədova hədə-qorxu gəldikləri üçün tutulublar. Sabirabad rayon sakini Kənan Məmmədov, Sədərək rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Əliyev, Şərur rayon sakini Məmməd Məmmədov, Şirvan şəhər sakini Taleh Nəcəfov, Ağdam rayon sakini Əlövsət Orucov və Qubadlı rayon sakini Əlizamin Niyazov əlbir olaraq Akif Məmmədovdan 5 min manat pul alıblar. Saxlanaılanlar bundan əlavə iş adamına hər ay onlara 30.000 manat ödəmək öhdəliyi qoyublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA