Mütləqə inam Ocağı Yas Mərasimi həyata keçirdi

img

03-08-2011 [08:56]


Asif Atanın Mütləqə İnam Ocağı 3 Qürub Ayı, 33-cü ildə Nurtəkin və Üstün Atalıların anası Zəhra xanımın ölümü ilə bağlı Yas Mərasimi həyata keçirdi. Ocaq Yükümlüsü Soylu Atalı açılış sözü söylədi və Mərasimin məzmunu haqda danışdı: ?Hər bir xalqın özünün içində bir həyat nizamı var və o həyat nizamını yaratmaq üçün, qorumaq üçün və ümumbəşər ailəsində sabaha yol getmək üçün xalq öz kurallarını yaradır, öz böyük mədəniyyətini yaradır, öz qaydalarıyla dünyaya sözünü deyir. Bu cəhətdən bu kuralın həyata keçməsinə çox böyük önəm veririk?. Asif Ata Evladları Günev və Ulusəs insana qiymət verilməsi, cəmiyyətin yas qaydalarının yetərsizliyi haqda fikirlərini söylədilər. Ocaqdostu Abil Ulusoy, Milli Qurtuluş Partiyasının başqanı Vüqar Bəyturan, ziyalı Aydın Hacaloğlu, DGTYB başqanı Əkbər Qoşalı, Ocaqdostu Nəsibə xanım, yazıçı-publisist Rafiq Tağı, şair Ayaz Şıxalıoğlu insanın yaşamı, ömrü, əməllərinə qiymət verilməsi baxımından fikirlər səsləndirdilər. Daha sonra Nurtəkin Atalı danışdı. Anası Zəhra xanımla münasibətlərinin ana-övlad münasibətindən daha əhatəli olduğunu vurğuladı: ?Anam həmişə Ocaq əməllərimlə maraqlanar, fərəhimlə fərəhlənərdi. Onunla aramızda sirdaşlıq münasibəti vardı. Ataya, Ocağa bağlılığıma heç vaxt mane olmayıb...? Ümumən tədbirə qatılan insanlardan tanıyanlar Zəhra xanımla bağlı ülvi xatirələrini dilə gətirdilər. Yazar Dilqəm Əhməd, ?Kulis?in əməkdaşı Vüqar Qurdqanlı, ?Kitab Klubu?nun əməkdaşı Elçin bəy və ?Azadlıq? radiosunun əməkdaşı Rafiq Məmmədli, Güneyli Həsən Rəncbəri,Üzeyir Əlizadə də Nurtəkin və Üstün Atalıların kədərini bölüşdülər. Bundan sonra Mərasimin əsas hissəsi başladı. Günev Atalı Asif Atanın ?Mütləq? İzharını, Göylü ?Ölümlə görüş?ü, Türkel ?Aqibət?i, Yasin Türksoy ?Ölməzlik?izharını söylədilər. Sonda ?Matəm üstə Mütləqlə Təmas? deyildi və Mərasim başa çatdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA