Abituriyentlərin ixtisas seçimi baza çatdı

img

03-08-2011 [12:14]


Azərbaycanda 2011-2012-ci tədris ili üçün ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticəsinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi dünən gecə saat 00.00-da başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən məlumata görə, abituriyentlərdən 32 561 nəfəri ixtisas seçimini edib. Həmin abituriyentlərdən 28 312 nəfəri Azərbaycan, 4249 nəfəri isə rus bölməsi üzrədir. I qrup üzrə 9517, II qrup üzrə 9453, III qrup üzrə 9364, IV qrup üzrə isə 4227 abituriyent ixtisas seçib. Qeyd edək ki, I ixtisas qrupu üzrə 9818, II qrupda 9645, III qrupda 9720, IV qrupda 4988 nəfərin, ümumilikdə 34171 abituriyentin müsabiqədə iştirak hüququ var idi. Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinin avqustun 4-də elan olunması nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA