Azərbaycanın hərbi attazeləri toplandı

img

03-08-2011 [11:42]


Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akreditə olunmuş hərbi attaşe və hərbi nümayəndələrinin Bakıda toplantısı olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata gör, Silahlı Qüvvələrin Hərbi Akademiyasında keçirilən toplantıda giriş nitqini Müdafiə Nazirliyi beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi general-mayor Ramiz Nəcəfov edərək Silahlı Qüvvələrin beynəlxalq əməkdaşlıq fəaliyyətini geniş təhlil edib. Toplantıda Silahlı Qüvvələrin ikitərəfli əməkdaşlıq fəaliyyəti, hədəflər, əsas istiqamətlər və prioritetlər müzakirə edilib, aparılan islahatlardan danışılıb. Bundan başqa Azərbaycan Respublikasının müdafiə sənayesinin potensialı və başqa məsələlər haqqında hesabat və müzakirələr edilib. Qeyd edək ki, toplantı avqustun 5-dək davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA