?Qlobalizm və millətçilik? mövzusunda diskussiya keçirildi

img

02-08-2011 [03:36]


Avqustun 1-də ?Millətçilik? qəzetinin redaksiyasında bir qrup gənclərin iştirakı ilə ?Qlobalizm və millətçilik? mövzusunda diskussiya keçirildi. Diskussiyada iştirak edən ?Millətçilik? qəzetinin baş redaktoru Pərviz Elay qlobalizm ideyasının tarixi keçmişindən, tarixi təzahür formalarından, anti-qlobalist baxışlardan və müasir dövrdə qloballaşma ideyasının imperialist güclər tərəfindən sümürgəçi məqsədləri pərdələmək üçün müxtəlif formaları barədə danışdı. Diskussiyada fəal iştirak edən gənclər də bildirdilər ki, əslində bu ideya öz uzaq məqsədində utopik bir ideyadır və hal-hazırda Türk Dünyasına qarşı olan güclər tərəfindən beyinləri dumanlandırmaq məqsədini güdür. Diskussiya iştirakçıları vurğuladılar ki, qloballaşmada milli dəyərlərin, dövlət suverenliyinin qorunması önəmli problem kimi ortaya çıxır və bu məqamda millətçilik, dövlətçilik, türkçülük kimi ideologiyaların təbliği və təşviqi yeganə çıxış yoludur. Diskussiyanın sonunda belə bir fikir yekdilliklə irəli sürüldü ki, gənclərin milli ruhda tərbiyəsi və maarifləndirilməsi üçün əhəmiyyətli mövzular üzrə müzakirə toplantıları davam etdirilsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA