Sumqayıtda vətəndazı döyüb, silahla hədələyən iz adamı tutulub

img

02-08-2011 [01:51]


Sumqayıt şəhərində vətəndaşı döyüb silahla hədələyən iş adamı tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhərindəki "Həyat" şirkətinin ərazisində oranın sahibi Kamil Abbasovla ona pul borcu olan Sabitlik və İnkişaf Mərkəzinin sədri, Bakı şəhər sakini Rasim Məmmədov arasında münaqişə baş verib. Bu zaman onlar bir-birini silahla hədələyib. K.Abbasov R.Məmmədovu döyüb və ona məxsus "Toyota Lexus" markalı avtomaşına qismən ziyan vurub. Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Abbasov və R.Məmmədov saxlanılıb. K.Abbasovdan 1 ədəd "Vinçester" markalı tüfəng və 1 ədəd pnevmatik tapança, R.Məmmədovdan isə 1 ədəd pnevmatik tapança götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA