Avqustun 4-dən etibarən temperatur 5-10 dərəcə azağı enəcək

img

02-08-2011 [01:19]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında avqustun 3-də hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək, axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 25-27 dərəcə, gündüz 35-38 dərəcə, yarımadanın bəzi yerlərində 40 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında Avqustun 03-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 24-29 dərəcə, gündüz 37-42 dərəcə, dağlarda gecə 19-24 dərəcə, gündüz 30-35 dərəcə isti təşkil edəcək. Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, uzun müddət davam edən anomal isti hava şəraitindən sonra avqustun 3-dən 4-nə keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi, şimşək çaxacağı, havanın temperaturunun tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA