DYP-dən ?Avtoz?lara həbs xəbərdarlığı

img

02-08-2011 [12:26]


Bakı şəhər Dövlət Yol Polis İdarəsindən (BŞDYPİ) ?Avtoş?lara daha bir xəbərdarlıq. Azərbaycanda ikinci dəfə avtoxuliqanlıq etdiyi üçün saxlanılan şəxs həbs olunacaq. Bu sözləri jurnalistlərə açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərov bildirib. Onun sözlərinə görə, əgər ikinci dəfə polisin xəbərdarlığına məhəl qoymadan yol hərəkəti qanunu pozan sürücülər nəinki sürücülük hüququndan məhrum olacaq, hətta həmin şəxslər həbs oluna bilər. Bundan başqa, idarə rəisi avtoxuliqanlığa qarşı mübarizədə cəmiyyətin yol polisilə birlikdə əməkdaşlıq etmələrinin də vacib olduğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA