Azərbaycanın xaricdəki hərbi attazelərinin toplantısı keçiriləcək

img

01-08-2011 [11:24]


Azərbaycan Silahlı Qüvvələrin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akreditə olunmuş hərbi attaşe və hərbi nümayəndələrinin toplantısı keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, toplantı avqustun 3-5-də Bakıda təşkil olunacaq. Ümumiyyətlə, avqustda hərbçilərimiz bir sıra tədbiqlərə qatılacaqlar. Ayın 8-12-də Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən, xüsusi təyinatlılar üçün maneələri dəf etmək üzrə təlimatçı kursu keçiriləcək. Azərbaycan-Litva ikitərəfli hərbi əməkdaşlıq planına əsasən avqustun 8-dən gələn il iyunun 15-dək Birləşmiş Komandanlıq və Baş Qərargah kursu, Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən 08.08.2011 - 26.05.2012-ci il tarixində Hərbi Dəniz Qərargah kursu, Azərbaycan-ABŞ iş planına əsasən 10.08.2011-14.12.2012-ci il tarixində Quru Qoşunları Komanda Qərargah Akademiyası, Azərbaycan-ABŞ iş planına əsasən 10.08.2011-20.05.2012-ci il tarixində piyada zabitin təməl kursu ,10.08.2011-26.07.2012-ci il tarixində piyada kapitanları kursu təşkil olunacaq. Azərbaycan-Türkiyə İkitərəfli hərbi əməkdaşlıq planına əsasən (15-26.08.2011) partlanma üsulları, mina və tələ-minalar üzrə kurs, Azərbaycan-Litva ikitərəfli hərbi əməkdaşlıq planına əsasən (22.08-23.12.2011) ingilis dili kursu, Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən (22-26.08.2011) qüvvə planlaşdırılması üzrə ekspert danışıqları, Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən (22.08.-09.09.2011) əməliyyat atıcılığı kursu, Azərbaycan-Almaniya ikitərəfli hərbi əməkdaşlıq proqramına əsasən (23-26.08.2011) beynəlxalq sülhməramlı missiyalar üzrə təcrübə mübadiləsi və ?ISAF? əməliyyatları ilə bağlı əldə edilmiş təcrübələr mövzusunda seminar, Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən (29.08.2011-07.04.2012) Tərəfdaş Zabitlərin Sualtı Əsas Əməliyyat kursu keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA