ictimai Palatının Ağdam zöbəsi etiraz edir

img

30-07-2011 [05:48]


Son on ilin ən isti yayı kimi xarakterizə olunan və havanın tempraturunun 42 dərəcəni keçdiyi bu günlərdə Ağdam rayonun işğal olunmamış ərazilərində elektrik enerjisinin məhdudiyyətlərlə verilməsini xalqa qarşı düşmən siyasəti kimi dəyərləndirmək olar. Bu ifadələr İctimai Palatının Ağdam rayon şöbəsinin rayonda ekektrik enerjisinin məhdudiyyətlərlə verilməsinə etiraz olaraq yaydığı bəyanatda öz əksini tapıb. İP-in Ağdam rayon şöbəsinin rəhbəri Hüseyn Behbudovun imzası ilə yayılan bəyanada deyilir ki, son günlər havanın tempraturunun 42 dərəcəni keçdiyi bir zamanda rayon ərazisində elektrik enerjisinə məhdudiyyətlər tətbiq edilir. Bu isə həm insanların sağlamlığı, həm də onların təsərüfatları üçün təhlükələr yaradır. Rayon ərazisində təbbi suvarma sisteminin olmadığını və buna görə həm təsərrüfatların, həm də insanların su ilə tələbatı subartezian quyularının hesabına təmin olunur ki, elektrik enerjisinə tətbiq olunan məhdudiyyətlər həmin subartezian quyularının işləməsinə imkan vermir. Buna görə də, Ağdam rayon ərazisində ciddi problemlər yaranıb. İctimai Palatanın Ağdam rayon şöbəsi yerli hakimiyyət orqanları və aidiyyatı qurumları məsələyə müdaxilə etməyə və xalqa qarşı bu düşmənçilik siyasətinə son verməyə çağırır. Əks halda İP-nın Ağdam rayon şöbəsi etiraz aksiyasına əl atacağını bildirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA