Milli Ordunun zabiti zəhid olub

img

30-07-2011 [01:50]


Azərbaycan Ordusunun zabiti şəhid olub. Leytenant Elşad Həsənov Ermənistan silahlı qüvvələrinin Ağdamın işğal altındakı Yusifcanlı kəndindəki mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutması nəticəsində başından yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidməti rəisinin müavini Teymur Abdullayev faktı təsdiqləyib. Onun ANS PRESS-ə verdiyi məlumata görə, Milli Ordunun leytenantı saat 20:30-da aldığı güllə nəticəsində dünyasını dəyişib. T.Abdullayevin sözlərinə görə, 1988-ci il təvəllüdlü Elşad Həsənəli oğlu Həsənov Mingəçevir Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdı. Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA