Bu gün 11.00-dan-17.00-dək açıq havada qalmayın

img

29-07-2011 [12:00]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, tropik hava kütlələrinin davamlı olaraq ölkə ərazisinə daxil olması nəticəsində yaxın 3 gün ərzində Bakı və Abşeron yarımadasında kəskin isti hava şəraiti davam edəcək. Bu gün Bakıda və Abşeron yarımadasında 37-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə isti olacaq. Rayonlarda isə 40 - 43 dərəcə isti gözlənilir. Nazirlik bəyan edib ki, avqust ayının 3-dək kəskin isti hava şəraiti davam edəcək. Bu müddətdə temperaturun Bakıda 42 dərəcəyədək yüksələcəyi gözlənilir. Günün qızmar vaxtı əhalinin daha həssas qrupu olan uşaqlar, yaşlılar və xəstə insanlara açıq havada olmaq məsləhət görülmür. Son bir neçə gündə günvurma və istivurmaya məruz qalanların sayı çoxalıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov əhaliyə xəbərdarlıq edib ki, günvurmadan qorunmaq üçün səhər saat 11.00-dan axşam saat 17.00-dək açıq havada qalmaq olmaz.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA