Vergilər Nazirliyinin strukturu təsdiq edildi

img

29-07-2011 [12:57]


Prezident İlham Əliyev Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: ?Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ?Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında? Azərbaycan prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli sərəncamının 14.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram: 1. ?Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturu? təsdiq edilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin?. Təsdiq olunan Vergilər Nazirliyinin strukturu: 1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin aparatı. 2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında departamentlər. 3. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamenti. 4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin digər yerli qurumları.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA