Fövqəladə Hallar Nazirliyi izçi axtarır

img

28-07-2011 [06:32]


Fövqəladə Hallar Nazirliyi (FHN) müsabiqə elan edib. Məlumata görə, Fövqəladə Hallar Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirən və iş təcrübəsi olan mütəxəssisləri aşağıdakı ixtisaslar üzrə müsabiqəyə dəvət edir: - çay qurğularının və su elektrik stansiyalarının hidrotexniki tikintisi; - su təsərrüfatı və meliorasiya sistemlərinin tikintisi (meliorasiya); - dəniz hidrotexniki qurğuları; - nəqliyyat yollarının tikintisi; - körpü və nəqliyyat tunellərinin tikintisi; - sənaye və mülki tikintilər; - elektroenergetika mühəndisliyi. Əlavə məlumat almaq istəyənlər həftənin 2-ci və 5-ci günləri saat 16-00-dan 17-00-dək Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti Baş idarəsinə müraciət edə bilərlər. Müsabiqədə iştirak etmək üçün müraciət edənlərin şəxsiyyət vəsiqəsi, təhsil haqqında sənədlər və əmək kitabçasının surətini mütləq təqdim etməlidirlər. Əlavə məlumat almaq isətəyənlər aşağıdakı ünvana müraciət edə bilər (Əlaqə telefonu: 512-03-36; 512-02-77).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA