"AER" dondurmalarında da bağırsaq çöpləri tapıldı

img

28-07-2011 [05:18]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin dordurma istehsalı bazarında yoxlamalarını davam etdirir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Xidməti tərəfindən "AER" firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən "Nağıl", "Zimuşka Zima", "Plombir spark", "Plombir", "Bir cənub şəhərində", "Royal" və "Plombir fındıqlı" adlı dondurmalarda turşuluğun normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) və S.aureus bakteriyalarının (stafilokok) olduğu, "Yasif", "Venera", "Cornello" və "Futik" adlı dondurmalarda mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) və S.aureus bakteriyalarının (stafilokok) olduğu, "Lyubimım", "Eskimo Maqnuliya", "Nyu-York" adlı dondurmalarda mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox və S.aureus bakteriyalarının (stafilokok) olduğu, plastmas qablaşdırmada olan 500 qr-lıq plombir dondurmasında isə turşuluğun normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox olduğu aşkar edilib. Laborator müayinələrin nəticələrinə əsasən, insan orqanizmi üçün təhlükəli 4555 kq dondurmanın qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən "AER" firmasına icrası məcburi göstəriş verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA